Bukayo Sakanın “Arsenal”dakı taleyinə aydınlıq gəlib.
Aut.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı hücumçu ilə müqaviləni uzadacaq. Tərəflər bununla bağlı razılıq əldə edib. Yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq. Müqavilənin imzalanması mövsüm başa çatdıqdan sonra açıqlanacaq.
Qeyd edək ki, cari mövsümdə 35 matça çıxan Saka 13 qol vurub.