AUT.AZ

“Turan Tovuz”dan qələbə

Azərbaycan 1-ci divizionunda 28-ci tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Artıq çempionluğu təmin etmiş “Araz Naxçıvan” “Səbail-2” ilə qarşılaşıb.

Naxçıvan təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İkinci oyun günündə daha üç görüş baş tutub. MOİK – “Qaradağ Lökbatan” oyununda qapılara qol vurulmayıb. “Qəbələ” və “Neftçi”nin əvəzediciləri arasındakı matçda da qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı “Turan Tovuz-2” – “Zaqatala” görüşündə isə meydan sahibləri qələbə qazanıblar.

Birinci divizion, 28-ci tur

8 may

Araz Naxçıvan – Səbail-2 3:1
Qol
: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”, 16:00.

9 may

MOİK – Qaradağ Lökbatan 0:0
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 16:00

Qəbələ-2 – Neftçi-2 1:1
Qol: Rauf Məhərrəmov, 61 – Ağadadaş Salyanski, 90.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İslam Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

Turan Tovuz-2 – Zaqatala 3:2
Qol: Abbas Ağazadə, 71; 87. Sadiq Şəfiyev, 90+5-pen – Rəhman Şabanov, 43. Cəlal Cəbrayılov, 55.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Aydın Bəxşiyev, Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu, 16:00

10 may

Zirə-2 – Qarabağ-2
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Tural İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Binə qəsəbə stadionu, 16:00

Sumqayıt-2 – İmişli
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Rasim Axundov, Əkbər Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00

Kəpəz-2 – Şamaxı-2
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00

Exit mobile version