AUT.AZ

“Real” ÇL-in yarımfinalında “Çelsi” ilə qarşılaşır?-  FOTOFAKT

Çempionlar Liqasının sosial şəbəkə hesabında kobud səhvə yol verilib.

Aut.az xəbər verir ki, ÇL-in “İnstaqram”dakı rəsmi hesabında “Real” – “Mançester Siti” matçı anons edilərkən səhvə yol verilib – posterdə “Mançester Siti”nin əvəzinə “Çelsi”nin emblemi olub.

Səhv elan təxminən 45 dəqiqə ərzində silinməyib.

Çempionlar Liqasının yarımfinalında “Real” “Mançester Siti” ilə qarşılaşacaq. İlk oyun mayın 9-da “Santyaqo Bernabeu”da keçiriləcək.

Xatırladaq ki, “Real”1/4 finalda “Çelsi”yə qalib gəlib.

Aut.az

Exit mobile version