AUT.AZ

“Qarabağ”ın futbolçusu üçün mövsüm başa çatdı

“Qarabağ”ın futbolçusu Yassin Benzia üçün mövsüm başa çatıb.

Aut.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi yenidən zədələnib.

Tez-tez zədələnməsi ilə yadda qalan oyunçu ən yaxşı halda iki həftə sonra məşqlərə başlaya biləcək. 29 yaşlı pleymeyker Premyer Liqanın son üç turunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Yassin Benzia “Qarabağ”a qış fasiləsində Fransa klubu “Dijon”dan keçib.

Exit mobile version