AUT.AZ

Premyer Liqanın oyunları bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Aut.az xəbər verir ki, məşqdə ürəyi dayanan, əməliyyat olunmasına baxmayaraq, dünyasını dəyişən “Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadənin xatirəsi oyunlarda yad olunacaq.

Qeyd edək ki, 20 yaşlı Şirxan Həsənzadə ötən gecə vəfat edib.

Exit mobile version