AUT.AZ

Messidən daha bir unikal nəticə: Bir ildə iki “Laureus”  

Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanıb.

Aut.az xəbər verir ki, Leo ilin ən yaxşı idmançısı, kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib.

İndiyə qədər heç bir idmançı bir il ərzində bu iki kateqoriyanı qazanmağa nail ola bilməmişdi.

Futbolçular arasında 2003-cü ildə Braziliya millisinin hücumçusu Ronaldo, 2007-ci ildə İtaliya millisinin müdafiəçisi Fabio Kannavaro, 2011-ci ildə ispaniyalı yarımmüdafiəçi Andres İnyesta, 2012-ci ildə Messinin özü “Barselona” ilə, ​​ Fransa millisinin hücumçusu Kilian Mbappe 2019-cu ildə,  “Bavariya”nı forvardı Robert Levanovski isə 2021-ci ildə bu mükafata sahib çıxıblar. Bu futbolçuların komandaları ən yaxşı adına layiq görülüb, onlar özləri də ilin ən yaxşı idmançısı adına namizəd olsalar da, qalib gələ bilməmişdilər.

Beləliklə, hər iki nominasiyada namizəd olan və qalib gələn ilk futboçu Lionel Messi olub.

Aut.az

Exit mobile version