“Meta” şirkətinin qurucusu Mark Zukerberq idman karyerasına başlayıb. O, 38 yaşında Braziliya ciu-citsusu üzrə turnirdə bir neçə medal qazanıb.
Mark koronavirus pandemiyası zamanı döyüş sənətləri ilə maraqlanmağa başlayıb. Ciu-citsunun mediada geniş işıqlandırılması iş adamında bu idman növünə böyük həvəs oyadıb. Aktyor Tom Hardi və rejissor Qay Riçinin də bu idman növünü seçməsi Zukerberqin seçimində böyük rol oynayıb.
Markın sözlərinə görə, məşq ona lazımi səviyyədə enerji və diqqəti saxlamağa kömək edir. O, müsahibələrin birində deyib ki, pandemiyadan sonra sörfinq və MMA ilə məşğul olmağa başlayıb:
“Mən bunu edən çoxlu insan tanıyıram. MMA mükəmməl bir şeydir. Çünki bir saniyə belə diqqətinizi yayındırsanız, sonunuz gələcək”.
Ötən ilin sentyabrında Zukerberq peşəkar MMA döyüşçüsü və ciu-citsu üzrə qara kəmər sahibi Xay Vu ilə video məşqini yayımlayıb: “Bu adamların səni yıxacağını heç vaxt gözləmirsən. Növbəti anda texnika ilə sizə hücum edirlər. Bilmədiyiniz şey budur ki, qarşındakı səssiz bir qatildir” – deyə Mark bildirib.
Zukerberq artıq ilk yarışın keçirib. “Ciu-citsu üzrə ilk turnirdə iştirak etdim və bir neçə medal qazandım. Məşqçilərimə təşəkkür edirəm”! O, bu sözləri debütdən sonra sosial şəbəkə hesablarında yazıb.
Zukerberq döyüş həvəskarı, UFC-nin isə xüsusi pərəstişkarıdır: “Mən təkcə UFC-yə baxmağı deyil, həm də bu idman növü ilə məşğul olmağı çox sevirəm. Bilmirəm, bunda çox primitiv bir şey varmı? Dostlarımla birlikdə məşq edirik, birlikdə döyüşürük. Bu, mənim xoşuma gəlir”, – deyə o bildirir.
Markın MMA-də çoxlu dostları var. Həyat yoldaşı ilə birlikdə yarışların xüsusi qonaqları sırasında yer alır. Dana Uayt, İsrael Adesanyan, Aleks Volkanovski və Mikey Musumeşi ilə yaxşı münasibətləri var.
Heybət Məmmədov