AUT.AZ

Məşqçini vurub, ağır cəzalanacaq

Players of Marseille and Lens during the French Ligue 1 Uber Eats soccer match between Lens and Marseille at Stade Bollaert-Delelis on May 6, 2023 in Lens, France. (Photo by Baptiste Fernandez/Icon Sport via Getty Images)

Liqa 1-in 34-cü turunun “Lans”a qarşı oyununda “Marsel”in  yarımmüdafiəçisi Dmitri Payet Frank Esin köməkçisi Yannik Kayuzukanın üzünə yumruq vurub.

Aut.az xəbər verir ki, “Lans”ın  müdafiəçisi Fakundo Medina topu “Marsel”in ehtiyat oyunçular skamyasına doğru vurduqdan sonra dava başlayıb. Bu vaxt Payet əvəzetmədən meydana çıxmağa hazırlaşırdı.

Davaya qoşulan futbolçu rəqib məşqçini vurub. Onun hərəkəti kameralara düşüb və oyunun səhəri günü yayımlanıb.

Davadan sonra “Lans”ın baş məşqçisi Frank Es matçın baş hakimi Klement Turpindən Payeti meydandan kənarlaşdırmasını istəyib.

“Cənab Turpin, Payetin bu hərəkəti qırmızı vərəqədir! Yumruğu  görmədin?” – Es deyib.

“L’Equipe”nin məlumatına görə, Payetin işinə Liqa 1-in nizam-intizam komitəsi baxacaq.”Marsel”in yarımmüdafiəçisinin hərəkətləri Fransa Futbol Federasiyasının nizam-intizam qaydalarının 13-cü maddəsinə – “Qəddarlıq aktı”na uyğundur.

Payeti 4-5 oyunluq cəza gözləyir.

Aut.az

 

Exit mobile version