AUT.AZ

Heydərov dünya çempionatının yarımfinalında

Azərbaycan cüdoçusu Hidayət Heydərov Dohada (Qətər) keçirilən dünya çempionatının yarımfinalına yüksəlib.

Aut.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı ikiqat Avropa çempionu, dünya çempionatlarının üçqat bürünc medalçısı 1/16 finalda Adil Osmanovu (Moldova), ardınca ABŞ təmsilçisi Cek Yonezukanı yenib. 1/4 finalda kanadalı Artur Marjelidonu üstələyən Heydərov adını yarımfinala yazdırıb.

 

Burada onun rəqibi italiyalı Manuel Lombardo olacaq.

Qeyd edək ki, iki gündən sonra Azərbaycan komandasının hesabında mükafat yoxdur. Mundiala mayın 14-də yekun vurulacaq

Exit mobile version