AUT.AZ

Evi qarət olundu

“Real”ın futbolçusu Rodriqonun evi qarət olunub.

Aut.az xəbər verir ki, İspaniya Kral Kubokunun finalında mayın 6-da “Osasuna”ya qarşı keçirilən oyun zamanı braziliyalı vingerin evinə oğrular girib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Oyunçuya dəymiş zərərlə bağlı məlumat yoxdur.

Rodriqo final matçında dubl etmiş və komandası 2:1 hesabıyla qələbə qazanmışdı.

Exit mobile version