AUT.AZ

Cəmiyyət irqçidir – Bircə onu bilir ki…

Mişel Platini futbolda cəmiyyətdə baş alıb gedən irqçilikdən danışıb.

Aut.az xəbər verir ki, UEFA-nın sabiq prezidenti xüsusilə Romelu Lukaku və Duşan Vlahoviçə qarşı təhqirlərə münasibət bildirib.

“Cəmiyyət irqçidir. Futbol irqçiliyi stadionlardan uzaq tutmağa çalışır, amma bu, çətindir.

UEFA prezidenti olanda mənim bu problemin öhdəsindən necə gəlmək haqqında fikrim olsaydı, onu həyata keçirərdim. Bircə onu bilirəm ki, onu aradan qaldırmaq üçün məktəblərdən başlamalıyıq.

Mən İtaliyanın, elə Fransanın da irqçi ölkə olduğunu düşünmürəm. Əminəm ki, onlar irqçiliklə mübarizə aparmaq istəyirlər”, – Platini “La Stampa”ya deyib.

Aut.az

 

Exit mobile version