AUT.AZ

Qurban Qurbanov futbola qayıdır – Hansı turnirdə oynamaq istəyir?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunun “Qəbələ” ilə qarşılaşmasından sonra (3:0) açıqlama verib.

Aut.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyun idi. Üç xal qazana bildik. Aqressiv komandaya qarşı oynayırdıq. Meydanda çox yaxşı mübarizə getdi. İlk hissənin ortalarına kimi oyuna nəzarət edə bilmirdik, sonra bu, dəyişdi. Xeyli qol epizodlarımız oldu. Futbolçularım oyundan qopmurdu. Onlar özlərini intizamlı apara bildilər. Oyunçularımı təbrik edirəm. Bizim üçün faydalı matç oldu. “Qəbələ”yə uğurlar arzu edirəm.

Ümumiyyətlə, heç vaxt öncədən hesabı düşünmürük. Bizim üçün vacib olan 90 dəqiqə nizam-intizamı qoruyub saxlamaqdır. Belə olanda qapında qol görmürsən. Həm də “Qəbələ” asanlıqla qol buraxan komanda deyil. Vurduğumuz hər bir qol futbolçuları ruhlandırır. Hər bir halda qəbələ bizim üçün vacibdir. Rəqib son oyunlarda yüksəlişdə idi. Onlar hazırda çox yaxşı komanda kimi formalaşıb.

Hazırda fikrimizi çempionata cəmləmişik. Danışıq apardığımız oyunçular var, lakin bu barədə dəqiq düşünməmişik.

Minifutbol çempionatının keçirilməsi maraqlı təklifdir. Futbolun sevdirilməsi üçün xüsusi addımlar atılır. İmkan olsa, mən də oynamaq istəyərəm. Bu cür turnirlər futbola sevgini daha da artırır. Mən “yox” demərəm”.

Exit mobile version