AUT.AZ

Məşhur klub elitada yerini qoruya bilmədi

A Seriyasının 34-cü turunda “Sampdoriya” “Udineze”yə məğlub olub (0:2).

Aut.az xəbər verir ki, bu məğlubiyyətdən sonra Genuya klubu elitada yerini qorumaq şansını itirib. Hazırda “Sampdoria” sonuncu, 20-ci pillədə qərarlaşıb və qalan 4 turda 13 xal toplaması mümkün deyil.

Genuya komandası yüksək liqada 11 mövsüm keçirdikdən sonra B Seriyasına düşüb.

Aut.az

Exit mobile version