AUT.AZ

Dadaşovdan məhsuldar ötürmə

Futbol üzrə İsveçrə çempionatında 32-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Servett”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Komandasının 7-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsinin müəllifi olan Dadaşov 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Qrasshopper” 32 turdan sonra 40 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Exit mobile version