AUT.AZ

Braziliyalı elə bilirmiş ki, onlar qardaşdırlar

Əvvəllər Ukraynada “Şaxtyor”da, Rusiyada isə “Anji”də çıxış etmiş “Fulhem”in braziliyalı yarımmüdafiəçisi Villian aralarında qanlı müharibə gedən ölkələri təmsil edən bu klubların təmsilçilərindən hər hansı biri ilə əlaqə saxlayıb-saxlamaması haqda danışıb.

Aut.az xəbər verir ki, braziliyalı “Şaxtyor” rəsmiləri ilə əlaqəsinin olduğunu bildirib:

“Ukraynada “Şaxtyor”un direktoru və “Anji”də oynayanda tərcüməçim və mənim dostum olan bir oğlanla əlaqəm var. Bu çətin vəziyyətdir. Onlarla müharibə barədə danışmıram, çünki özlərini narahat hiss edirlər.

Hamı üçün pisdir. Amma orada oynayanda aralarında heç bir ədavət görmədim. Elə bilirdim ki, onlar qardaşdır, çox yaxın qonşudurlar. Mən heç vaxt müharibənin ola biləcəyini düşünmürdüm”.

Aut.az

Exit mobile version