AUT.AZ

Ayxan Abbasov çağırdı, Sumqayıtı Tovuza dəyişir

Yeni mövsümün planlarını qurmağa başlayan “Turan Tovuz” transfer fəaliyyətinə də başlayıb.

Aut.az xəbər verir ki, komandaya yeni futbolçuların cəlb edilməsi prosesi baş məşqçi Ayxan Abbasovun nəzarəti ilə aparılır. Abbasov artıq bir neçə futbolçunun adını rəhbərliyə təqdim edib.

Onlar arasında mövsümün sonunda “Sumqayıt”dan ayrılacaq Rüfət Abdullazadə də var. Gənc çalışdırıcı sabiq tələbəsini ixtiyarında görmək istəyir. Bu məqsədlə yaxın günlərdə 22 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlanacaq.

Qeyd edək ki, Abdullazadənin “Sumqayıt”la müqaviləsi iyunda başa çatır. Ona yeni müqavilə təklif olunsa da, bundan imtina edib.

Aut.az

Exit mobile version