AUT.AZ

“Əl-Nəsr” autsayderə qalib gələ bilmədi, Ronaldo isə…

Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda  “Əl-Nəsr” doğma meydanda çempionatın autsayderlərindən olan “Əl-Xəlic”lə heç-heçə edib (1:1).

4-cü dəqiqədə Fabio Martins qonaqları önə çıxarıb, 17-ci dəqiqədə Alvaro Qonzales hesabı bərabərləşdirib.

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo bütün oyunu meydanda olub və qol vura bilməyib.

“Əl-Nəsr” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, lider “Əl-İttihad”dan 2 xal geri qalır.

Aut.az

Exit mobile version