Misirin ENPPİ klubunun oyunçusu Traore, əvəzetmədən meydana çıxmaqdan imtina etdikdən sonra üç həftə yoxa çıxıb.
Aut.az xəbər verir ki, Burkina-Faso yığmasının futbolçusu Erik Traore aprelin 18-də “Asuan”a qarşı çempionat oyununda əvəzetmədən meydana çıxmaqdan imtina etdikdən sonra itkin düşüb. Bu barədə “Reuters” məlumat yayıb.
Görüş başa çatdıqdan sonra futbolçu telefonunu söndürüb və üç həftə heç kimlə əlaqə saxlamayıb, məşq və oyunlarda iştirak etməyib. Qahirə klubu həyat yoldaşı və agenti vasitəsilə Traore ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri uğursuz alınıb.
Mayın 8-də Traore özü əlaqə saxlayıb və bütün bu müddət ərzində Qahirəni tərk etmədiyini bildirib. Futbolçu mayın 9-da klubun bazasına gələcəyinə söz verib. Klub yarımmüdafiəçi ilə söhbətdən sonra ona qarşı intizam tənbehinin tətbiqi ilə bağlı qərar verəcəyini bildirib.
Traore ENPPİ-də icarə əsasında çıxış edir. Afrikalı başqa bir Misir klubu “Piramids”ə məxsusdur. Cinah hücumçusu səkkiz matçda bir qol vurub.
Aut.az