AUT.AZ

SON DƏQİQƏ: Azərbaycan Premyer Liqasında komanda sayı artırılır

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında iştirakçı sayı artacaq.

Aut.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, AFFA rəhbərliyinin dövlət qurumlarına və SOCAR-a etdiyi müraciətlər nəticəsini vermək üzrədir. Böyük ehtimalla, yaxın günlərdə futbol sahəsinə əlavə 6 milyon manat vəsaitin ayrılmasına razılıq veriləcək.

Bu o deməkdir ki, Premyer Liqaya ayrılan vəsait 36 milyon manata çatacaq. Ancaq qərar bir neçə gün sonra açıqlanacaq.

Klublar Komitəsinin sabah – mayın 8-də keçiriləcək iclasında bu mövzu müzakirəyə çıxarılacaq. Premyer Liqa iştirakçıları AFFA İcraiyyə Komitəsinə müraciət edərək bu mövsüm heç bir komandanın diviziona düşməməsini istəyəcək. Ondan sonra İcraiyyə Komitəsinin iclası çağırılacaq və güman ki, orada elita komandalarının sayının artırılması haqda qərar veriləcək.

Aut.az

Exit mobile version