AUT.AZ

“Sabah” Batumidə çempion oldu

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” turnirində iştirak edib.

Aut.az xəbər verir ki, qrup mərhələsində Gürcüstanın “Bombora Kobuleti” (5:0), “İmpulsi Batumi” (11:0) komandalarını məğlub edən, “Dinamo” (Batumi) ilə isə qolsuz bərabərə qalan Məhərrəm Müslümzadənin yetirmələri növbəti mərhələyə vəsiqə qazanıb.

 

“Sabah” 1/4 finalda Türkiyənin “Çaykur Rizespor” klubunu minimal hesabla (1:0), yarımfinalda isə Gürcüstanın “Qldani” klubunu 2:0 hesabıyla məğlub edib.

Həlledici görüşdə yenidən Batumi “Dinamo”su ilə qarşılaşan “Sabah” əsas vaxtı 1:1 hesabıyla bitən görüşün penaltilər seriyasında qalib gələrək (8:7) turniri çempion kimi başa vurub.

Exit mobile version