AUT.AZ

Yeni detal: Tualetə əvvəlcə qız girib, sonra o

Dani Alves gecə klubunun tualetində zorlama ittihamı ilə bağlı yeni ifadə verib.

Aut.az xəbər verir ki, Alves hamam öncə qızın daxil olduğunu iddia edib.

“Tualetə getdim, təbii ehtiyacımı ödədim və 2-3 dəqiqədən sonra tualetin çıxışına getdim. Və mən tualetin qapısını açanda praktik olaraq onunla qarşılaşdım.

Onu tualetə çağırmaq üçün bayıra çıxmırdım, sadəcə təbii ehtiyacımı ödədikdən sonra tualeti tərk edirdim. Amma çölə çıxanda, onu demək olar ki, qapıda gördüm. Tualetin qapısı açılanda əvvəlcə o, sonra mən içəri girdim”, – Alves bildirib.

Əgər Alvesin ifadəsi doğrudursa, bu, onun idman ayaqqabısının müşahidə kameralarına necə düşdüyünü izah edə bilər.

“Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi Barselonanın gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs cəzası gözləyir.

Aut.az

Exit mobile version