AUT.AZ

Tebasdan Messiyə xəbərdarlıq: Qayıdırsan, qayıt, amma…

La Liqanın prezidenti Xavyer Tebas Lionel Messinin PSJ-dən “Barselona”ya keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Əgər qayıtsa, PSJ-dən daha az maaş alacaq. Burada iqtisadi nəzarət var.

Messinin geri qayıtmasını çox istərdim, amma La Liqada onun gəlib-gəlməyəcəyini öyrənməyə çalışmırıq. Ancaq indi oxudum ki, futbol tarixinin ən yaxşı oyunçusu İspaniyaya qayıtmaq istəyir. O qayıtsa, PSJ-dəkindən daha az maaş alacaq”, – deyə  “RMC Sport” Tebasdan sitat gətirib.

Nəşr onu da qeyd edir ki, PSJ-də ümumi maaş büdcəsi 800 milyon avrodur. Messinin məvacibi isə 35-40 milyon avro civarındadır.

Aut.az

Exit mobile version