AUT.AZ

Qəti qərar verildi: Yayda gedir

“Bavariya” və Sadio Mane futbolçunun yayda klubu tərk etməsi ilə bağlı razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə alman insayder Kristian Falk məlumat verib.

Xatırladaq ki, Mane ötən yay “Liverpul”dan “Bavariya”ya keçmişdi. Münhendə 31 yaşlı seneqallı özünün ən yaxşı performansını göstərə bilmədi. Komandaya uyğunlaşmadı və nizam-intizamla bağlı problemləri oldu.

Bu mövsüm Mane “Bavariya”nın heyətində bütün turnirlərdə 35 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version