AUT.AZ

“Napoli” çempion!

İtaliya A Seriyasında 2022/2023 mövsümünün qalibi məlum olub.

Aut.az xəbər verir ki, XXXIII turda səfərdə “Udineze” ilə heç-heçə edən “Napoli” sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Neapol təmsilçisi ən yaxın izləyicisi “Latsio”nu 16 xal qabaqlayıb və əlçatmaz olub.

“Napoli” sonuncu dəfə 1989/90 mövsümündə çempion olmuşdu.

Exit mobile version