AUT.AZ

“Heydər Əliyev-100”: Pley-off oyunlarının təqvimi bilindi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsinin cütləri müəyyənləşib.

Aut.az xəbər verir ki, A qrupunu üçüncü pillədə başa vuran Azərbaycan millisi pley-offda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi yarımfinalda B qrupunun birincisi olmuş Qazaxıstanla qarşılaşacaq.

Digər pley-off görüşü Çexiya və Ukrayna yığmaları arasında baş tutacaq. Bu cütün qalibini isə yarımfinalda A qrupunda birinci olmuş Serbiya ilə görüş gözləyir.

Pley-off və yarımfinal görüşləri mayın 5-də keçiriləcək.

Pley-off oyunları
11:00. Fransa – Azərbaycan
12:30. Çexiya – Ukrayna

Yarımfinal
20:00. Serbiya – Azərbaycan/Fransa
21:30. Qazaxıstan – Çexiya/Ukrayna

Exit mobile version