AUT.AZ

Hakimlərin VAR otağı ilə danışıqları ictimailəşəcək

Premyer Liqa hakimlərinin danışıqlarının ictimaiyyətə açıqlaya bilər.

Aut.az “Daily Mail”ə istinadən bildirir ki, Premyer Liqa klubları qərar qəbuletmə prosesinin azarkeşlər üçün daha başa düşülən olması üçün hakimlərlə VAR otağındakı ədalət təmsilçiləri arasındakı danışıqların ictimailəşdirilməsi imkanlarını müzakirə edirlər.

Premyer Liqa komandaları, hakimlər və onların video köməkçiləri bu fikrə açıqdırlar. Əgər bu planlar təsdiqlənərsə, onda çox güman ki, növbəti mövsümdən danışıqlar ictimailəşəcək.

Eyni zamanda azarkeşlər hakimin futbolçu və məşqçilərlə deyil, yalnız hakimlər arasında olan danışıqlarından xəbər tutacaqlar.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qeyd edib ki, səs yazıları oyunlardan sonra dərc olunarsa və canlı yayımlanmazsa, onların ictimailəşməsinə qarşı deyil.

Aut.az

Exit mobile version