AUT.AZ

Etiraf: Avropanı unudun, bizi ora buraxmayacaqlar

Moskva “Spartak”ının əfsanəsi Yeqor Titov rusiyalı futbolçuların Avropada oynamaq perspektivi haqda danışıb.

“İndi bu barədə danışmaq mümkün deyil, Avropaya getmək problemlidir. Hansı Avropa ölkəsini nəzərdə tutduğumuz da önəmlidir. Serbiya – yaxşı çempionatdır? Orada iki-üç komanda futbol oynayır. Söhbət ilk “beşlik”dən gedirsə, o zaman heç kim heç yerə getməyəcək.

Bu gün biz çempionatımızın səviyyəsini  yüksəltməliyik, futbolçu yetişdirməyə çalışmalıyıq. Yaxın 5-10 il ərzində Avropanı unutmaq lazımdır. Bizi tezliklə ora buraxmayacaqlar”, – deyə “Sport Express” Titovdan sitat gətirir

Aut.az

Exit mobile version