AUT.AZ

Bayramı yasa çevirdilər

“Napoli” A Seriyasında çempionluğu təmin etdikdən sonra Neapolda bayram törəni başlayıb.

Aut.az xəbər verir ki, gecə saatlarında şəhərdə atışma da olub. Bu barədə “La Repubblica” şəhər polis idarəsinin nümayəndəsinə istinadən xəbər verib.

Atışma nəticəsində yaralanan  26 yaşlı kişi təcili olaraq xəstəxanaya çatdırılıb, amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xəstənin yaxınları onun öldüyünü bilincə, klinikanın infrastrukturuna ciddi ziyan vurublar. Polis atışma ilə bağlı araşdırma aparır.

Aut.az

Exit mobile version