AUT.AZ

“Başakşəhər” son dəqiqə qolu ilə qazandı

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Aut.az xəbər verir ki, son oyun günündə bir matç baş tutub.

“Başakşəhər” azarkeşləri önündə “Ankaragücü”nü qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Yarımfinalın digər oyununda “Fənərbağça” səfərdə “Sivasspor”la heç-heçə edib – 0:0.

Türkiyə Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar

4 may

Sivasspor – Fənərbağça – 0:0

5 may

Başakşəhər – Ankaragücü – 1:0
Qol: J.Fiqueyredo, 90+5

Exit mobile version