AUT.AZ

“Yuve”yə gedir, yerini Zidana verir?

Fransa “Marsel”i “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın xidmətində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, Zidan yeni iş axtarmağa davam edir. Fransız mütəxəssisin nəzərdən keçirdiyi variantlar arasında “Yuventus”, PSJ və “Real” var.

Amma son günlər “Marsel” variantı da aktuallaşıb. Komandanın hazırkı baş məşqçisi İqor Tudor “Yuventus”un təklifini qəbul edərsə, rəhbərlik onu Zidanla əvəzləmək istəyir.

Daha əvvəl məlumat yayılmışdı ki, “Real” Zidanı baş məşqçi postuna qaytarmağı düşünmür və klub prezidenti Florentino Peres Karlo Ançelottiyə güvənir.

Aut.az

Exit mobile version