AUT.AZ

İtkin düşdüyü ehtimal edilən qadın idmançılar tapıldı

Türkiyənin raftinq (avarçəkmə) çempionatına hazırlaşmaq üçün Düzce vilayətinin Cumayeri rayonuna gələn və məşqin uzadılmasından sonra itkin düşdüyü güman edilən 4 qadın idmançı tapılıb.

Aut.az xəbər verir ki, Cumayeri mahalının Melen çayında bu gün keçiriləcək raftinq üzrə milli çempionata hazırlaşan 4 qadın milli idmançılardan hər hansı xəbərin olmaması narahatlıq yaradıb.

Komandanın 4 qadın idmançısı qayıqları ilə anbara doğru parkuru bitirməyə davam ediblər. İdmançıların uzun müddət sonra geri dönməməsindən narahat olan həmkarları Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD), təcili yardıma və təhlükəsizlik qüvvələrinə məlumat veriblər. İdmançıları gəmi və quru ilə axtaran fövqəladə xidmətlərin əməkdaşları onları tapıblar.

Exit mobile version