AUT.AZ

Türkiyə yığmasının baş məşqçisi ilə bağlı açıqlama – Rəsmi

Türkiyə millisinin baş məşqçi postunda dəyişiklik olmayacaq.

Aut.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının prezidenti Mehmeh Büyükekşi məlumat verib. Qurum rəhbəri yayılan iddiaları təkzib edib və almaniyalı mütəxəssislə əməkdaşlığa davam etdirəcəklərini söyləyib.

Kuntz 2021-ci ildən Türkiyə millisini çalışdırır. Ötən gün onun istefaya göndərildiyi və Abullah Avcının bu posta təyin edildiyi barədə Türkiyə mətbuatında məlumat yayılmışdı.

Exit mobile version