AUT.AZ

Türkiyə millisi Bakıda 10 qola sevindi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində dördüncü oyun gününün ilk qarşılaşması baş tutub.

Aut.az xəbər verir ki, B qrupunda yer alan Türkiyə yığması Cənubi Afrika komandası ilə qarşılaşıb.

Bakı Tennis Akademiyasında baş tutan 4-cü tur matçı türklər üçün daha uğurlu alınıb. Afrikalılar ilk üç matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Türkiyənin 10 qoluna cəmi 2 topla qarşılıq verə biliblər – 2:10.

Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran Türkiyə yığması qrupu üçüncü pillədə başa vurmaq üçün digər görüşdə Fransanın Qazaxıstana qalib gəlməsinə ümid etməlidir.

Bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri olacaq.

Exit mobile version