AUT.AZ

Son dəqiqə: “Əl-Hilal” rəsmi təkli göndərdi

PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl-Hilal” klubundan rəsmi təklif alıb.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Səudiyyə klubundan gələn təklif hazırda Messinin aldığı yeganə təklifdir. O da bildirilir ki, Messinin Paris klubu tərəfindən uzaqlaşdırılması təkcə onun Səudiyyə Ərəbistanına səfəri ilə deyil, həm də argentinalı futbolçunun PSJ layihəsini tənqid etməsi və növbəti mövsüm  klubda qətiyyən qalmayacağını deməsi ilə bağlıdır.

Lionel Messi 2021-ci ildən PSJ-də çıxış edir. 35 yaşlı hücumçunun Paris klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Messi bu mövsüm Liqa 1-də 28 oyuna çıxıb, 15 qol vurub və 15 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version