AUT.AZ

“Siti”nin sahibi 12-ci klubu aldı

“Mançester Siti”nin sahibi olan holdinq Braziliyanın “Bahia” klubunu alıb.

Aut.az xəbər verir ki, “City Football Group” klubun səhmlərinin 90%-ni satın alıb. “Bahia” holdinqin 12-ci klubu olub.

“City Football Group”un indiyə qədər sahib olduğu klublar:

“Mançester Siti” (İngiltərə), “Jirona” (İspaniya), “Palermo” (İtaliya), “Lommel” (Belçika), “Nyu-York Siti” (ABŞ), “Melbrun Siti” (Avstraliya), “Montevideo Siti”(Uruqvay), “Yokoqama F. Marinos” (Yaponiya), “Trua”  (Fransa), “Mumbai Siti”, (Hindistan) və Sıçuan Tsyun” (Çin).

Bundan əlavə, holdinqin tərəfdaş klubu Boliviya “Bolivar”ıdır.

2022-ci il mövsümünün sonunda “Bahia” ikinci divizionda 3-cü yeri tutaraq Braziliya A Seriyasına yüksəlib.

Aut.az

Exit mobile version