AUT.AZ

Şakiranın qardaşı Pikeni döydü

“Barselona”nın sabiq futbolçusu Jerar Pike yenə qalmaqalla gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, keçmiş sevgilisi Şakiranın qardaşı tərəfindən döyülüb. Hadisə kolumbiyalı müğənninin evinin qarşısında baş verib.

Mayamiyə oğlanları Milan və Saşanı görmək üçün gedən Pike Şakira ilə mübahisə edib. Bu zaman söhbətə qarışan məşhur müğənninin qardaşı Tonino Meberak 37 yaşlı futbolçunu yumruqlamağa başlayıb. Hadisə yerinə gələn polis əməkdaşları Pikeni çətinliklə də olsa onun əlindən alıblar.

Qeyd edək ki, 12 il davam edən Pike və Şakira cütlüyünün münasibəti futbolçunun xəyanəti üzündən başa çatıb.

Aut.az 

Exit mobile version