AUT.AZ

“Sabah” – “Beşitkaş” oyununun gəlirinə nə tikiləcək?

“Sabah” və “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə matçından əldə ediləcək gəlirin xərclənəcəyi istiqamət məlum olub.

Aut.az xəbər verir ki, həmin vəsaitlə zəlzələ bölgəsində məktəb tikiləcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Beşiktaş” bundan öncə İstanbulda “Atletiko” ilə xeyriyyə matçı keçirib. Bu oyunun bilet satışı və reklamlarından 10 milyon türk lirəsi (872 min manat) gəlir götürüb. Bildirilir ki, həmin görüşdən də əldə edilən vəsait sözügedən bölgədə məktəb tikintisinə ayrılıb. Bir təhsil ocağının tikintisinə ən azı 9 milyon lirə lazımdır ki, İstanbul nəhəngi bu vəsaiti artıq bir oyunla toplaya bilib.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.

Exit mobile version