AUT.AZ

Şərikli biznes qurdular

PSJ-nin futbolçusu Lionel Messi və “Atletiko”nun forvardı Antuan Qrizmann biznesdə şərik olub.

Aut.az xəbər verir ki, hücumçular İspaniyadakı “Vice” restoranlar şəbəkəsinə investisiya qoyub. Onlar burger hazırlamaqla məşğul olan şirkətin genişlənməsinə vəsait ayırıb. Madrid və Barselonada ümumilikdə 7 restoranı birləşdirən şəbəkənin böyüdülməsi üçün ümumilikdə 17 milyon avro toplanıb. Messi ilə Qrizmann də bu vəsaitin bir hissəsini ödəyib. Sahibkarlar restoran sayının 17-yə çatdırılmasını planlaşdırır.

Qeyd edək ki, Qrizmannla Messi 2019-2021-ci illər aralığında “Barselona”da komanda yoldaşı olub.

Aut.az 

Exit mobile version