AUT.AZ

“Real” “transfer bombası”nı partladır – Razılaşdılar

Yeni mövsümün hazırlıqlarına başlayan “Real” “transfer bombası”nı partladıb.

Aut.az xəbər verir ki, “kral klubu” “Borussiya Dortmund”un futbolçusu Cud Bellinqemlə razılığa gəlib. İngilis futbolçu Almaniya təmsilçisinin rəhbərliyinə “Real”a keçmək istədiyini bildirib.

Madrid təmsilçisi 19 yaşlı futbolçuyla razılıq əldə etsə də, Dortmund təmsilçisiylə danışıqlar davam edir. “Qalaktikos” “Borussiya”ya 120 milyon avro təklif edir. Qarşı tərəf isə Bellinqemi 140 milyon avrodan aşağı qiymətə satmayacağını bildirir. Klubların yaxın müddətdə ortaq məxrəcə gələcəyi gözlənilir.

Qeyd edək ki, Bellinqemlə “Çelsi”, “Mançester Siti”, “Liverpul” və “Bayern Münhen” də maraqlanır. O, cari mövsüm ərzində 40 oyunda iştirak edib, 11 qol vurub və 7 assist edib.

Exit mobile version