AUT.AZ

Qvardiola Semə cavab verdi: Dürüst olmaq istəyirəm…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Lids”ə baş məşqçi təyin edildikdən sonra Sem Ellardaysın dediklərinə münasibət bildirib.

Qeyd edək ki, 68 yaşlı Ellardays özünü Qvardiola, Yurgen Klopp və Mikel Arteta ilə eyni səviyyəli məşqçi hesab etdiyini bildirib.

“Dürüst olmaq istəyirəm. Bu inanılmaz məşqçilərin özünəxas tendensiyaları var. Bu Premyer Liqanı onlar yaratdılar. Onlar həqiqətən yaxşıdırlıar və bizə (gənc məşqçilərə) kim olduğumuzu anlamaqda kömək edirlər. “Kristal Pelas”da Roy Hocson, görün nə etdi. Həqiqətən yaxşıdırlar, inanılmaz təcrübələri var və oyunu çox yaxşı bilirlər.

İndi 35-40 yaşlarında olanlar futbol icad edirlər? Yox, futbol artıq yaranıb. Amma onlar bizə kömək etdilər.

Harri Rednappın bu ölkədə etdiklərini dana bilmərik. Həqiqətən fərqlənən bir çox ingilis məşqçiləri var. Yaxşı məşqçi olmaq üçün gənc olmaq lazım deyil”, – BBC Qvardioladan sitat gətirib.

Aut.az

Exit mobile version