AUT.AZ

“Qəbələ”nin sabiq baş məşqçisini də şöhrətləndirdilər

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsın adı İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilib.

Aut.az xəbər verir ki, “Arsenal”ın əfsanəvi futbolçusu azarkeşlər və mütəxəssislərin səsverməsindən sonra bu hüqüqu əldə edib.

Onun qazandığı uğurlar da bu mənada böyük rol oynayıb. Toni Adams 4 dəfə İngiltərə çempionu olub, üç dəfə ölkə kuboku və superkubokunu qazanıb.

Qeyd edək ki, hazırda televiziyada şərhçi kimi çalışan mütəxəssis 2010-2011-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.

Exit mobile version