AUT.AZ

Pul verən yoxdur, havayı buraxacaqlar

“Çelsi” Pyer-Emerik Obameyanqı pulsuz buraxa bilər.

Aut.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” maaş büdcəsini azaltmaq üçün hücumçudan yaxa qurtarmalıdır.

Obameyanqla “Barselona”, “Atletiko” və “Milan”ın maraqlandığı bildirilir.

Lakin klub qorxur ki, Obameyanqla müqavilə imzalamaq üçün potensial namizədlər onun yaşına görə pul ödəməkdən imtina edəcəklər. İyunda qabonlunun 34 yaşı tamam olacaq. Buna görə də, “Çelsi” yayda hücumçunu pulsuz buraxa bilər.

Obameyanq 2022-ci ilin yayında 12 milyon funt-sterlinqə “Barselona”dan “Çelsi”yə keçib və iki illik müqavilə bağlayıb.

Hücumçu bu mövsüm Premyer Liqada 15 oyunda cəmi 1 qol vurub.

Aut.az

Exit mobile version