AUT.AZ

PSJ bəyanat yaydı: Bu biabırçı davranışın qurbanı olan…

PSJ rəsmi açıqlama yayaraq, Paris klubunun ofisi qarşısında keçirilən etiraz aksiyası zamanı futbolçuları və məşqçiləri təhqir edən azarkeşlərin davranışını pisləyib.

Çərşənbə günü PSJ azarkeşləri zəif nəticələr fonunda dəyişiklik tələbi ilə klubun qərargahı önünə toplaşıblar. Kütlə Lionel Messi və baş məşqçi Kristof Qaltyenin ünvanına təhqirlər səsləndirib.  Bundan əlavə, bəzi azarkeşlər Neymarın evini mühasirəyə alaraq braziliyalının PSJ-ni tərk etməsini istəyiblər.

“PSJ bir qrup şəxsin qəbuledilməz və təhqiredici hərəkətlərini ən sərt şəkildə pisləyir. Nəticə nə olursa olsun, heç bir şey bu cür hərəkətlərə haqq qazandırmır. Klub öz oyunçularına, heyətinə və bu biabırçı davranışın qurbanı olan hər kəsə tam dəstəyini verir”, – deyə bəyanatda bildirilir.

Aut.az

Exit mobile version