AUT.AZ

Özünü o qədər təriflədi ki…

Sem Ellardays məşqçilik bacarığına görə Pep Qvardioladan geri qalmadığına inanır.

Aut.az xəbər verir ki, mövsümün sonuna qədər “Lids”lə müqavilə bağlayan ingilis mütəxəssis onu yaşlı hesab edənlərin yanıldığını deyib.

“Çoxları məni qoca hesab edir və bu, həqiqətdən çox uzaqdır. 68 yaşım ola bilər, qoca görünə bilərəm, amma futbol baxımından heç kim məndən üstün deyil. Nə Pep, nə Klopp, nə də Arteta.

Bilik səviyyəsinə görə onların ranqındayam. Mən demirəm ki, daha yaxşıyam, amma şübhəsiz ki, yaxşıyam.

Bəzən sadəcə bunu sübut etmək istəyirsən. Amma mən “Lids”i xilas etməsəm və bir gün böyük klubların öhdəsindən gəlməyi bacaran komanda qurmasam, onda bunu sübut edə bilmərəm”, – Ellardays bildirib.

Aut.az

Exit mobile version