AUT.AZ

Neymar bu FOTONU bəyənməklə nəyə işarə edib?

PSJ-nin hücumçusu Neymar sosial şəbəkələrdə özünün və Lionel Messinin “Barselona” formasındakı fotosunun yer aldığı paylaşımı bəyənib.

Aut.az xəbər verir ki, fotonun  altında “Onlar o vaxt çox xoşbəxt idilər!” yazılıb.

Mayın 3-də məlum olub ki, PSJ azarkeşlərinin fəal hissəsi Neymarın evini mühasirəyə alıb. Bundan əvvəl də parisli azarkeşlər klub rəhbərliyinin qərargahı qarşısında Neymar və Messinin ünvanına təhqirlər səsləndiriblər.

Evində olan Neymar sosial şəbəkələrdə “İnsanların sizi fırtınaya sürükləməsinə imkan verməyin” yazıb.

Mətbuatda yayılan xəbərlərə görə, Messi mövsümün sonunda PSJ-ni tərk edəcək. Neymarın parislilərlə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Aut.az

 

Exit mobile version