AUT.AZ

“Neftçi” üstünlüyünü qoruya bilmədi

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, ilk oyunda “Baku Fire” və “Neftçi” komandaları qarşılaşıb.

“Neftçi” bu oyuna itkilərlə çıxmışdı. Cəzalı olduğuna görə İlkin Hacıyev və Məhəmməd Abbasov komandasına kömək edə bilmirdi. İtkilərə baxmayaraq, gərgin keçən matçda hesabı 18-ci dəqiqədə “Neftçi” açıb. Cari mövsümdə rəqibini üstələyə bilməyən nominal qonaqlar ikinci hissədə fərqi artırmağı bacarıb. Amma mübarizədən qopmayan nominal meydan sahibləri 29 və 33-cü dəqiqədə vurduğu qollarla hesaba tarazlıq gətiriblər. 37-cı dəqiqədə Henrique ilk dəfə komandasını hesabda önə keçirib. Bundan sonra “Neftçi” qapıçını meydan oyunçusu ilə əvəz edib. Düzdür, bir neçə qol epizodu yaratsa da, qonaqlar məğlubiyyətdən qaça bilməyib.

İkinci oyun “Araz Naxçıvan”ın asan və böyükhesablı qələbəsi ilə yadda qalıb.

Pley-off mərhələsinin ikinci oyunları mayın 8-də keçiriləcək.

Xatırladaq ki, pley-offda 2 qələbə qazanan komanda finala yüksələcək.

Yüksək Liqa
Pley-offun ilk oyunları
4 may

Baku Fire – Neftçi İK 3:2
Qol: Soruş Heydari, 28:31. İaqo Henrique, 32:05; 36:14 – Hasan Ali Jafari, 17:36. Ali Mikaili, 24:31.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Anar Fərəcov
Hakim-inspektor: Azad Hüseynov
Bakı İdman Sarayı. Saat 14:00.

Araz Naxçıvan – Record 24:0
Qol: Nata Felipe, 1:08; 17:24; 19:28; 21:33; 31:04; 38:58; 39:30. İsa Atayev, 6:42. Amadeu, 9:37. Katatau, 13:10; 13:24; 25:05. Xəzər Ağalızadə, 14:09; 19:54; 34:17; 35:32; 36:25. Felipinyo, 21:51. Novruz Kazıxanov, 22:53. Xətai Bağırov, 27:52; 28:49. Andreu Varqas, 34:28; 38:23; 38:49.
Hakimlər: Nahid Xasıyev, Elgün Hüseynov, Şakir Quliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 16:30.

Exit mobile version