AUT.AZ

Murad Musayevin iddiası yerə-göyə sığmadı: İstənilən komandanı dəyişə bilərəm

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib.

Aut.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Azərbaycana gəlşindən danışıb:

“Hesab edirəm ki, o zaman hər şeyi düz etmişəm. Bəlkə də ara verməli idim. “Krasnodar”da olarkən hər gün bütün gücümü işə verirdim. Çətindir… Mən məğlubiyyəti asanlıqla qəbul etməmişəm. Bütün gücümü,  emosiyalarımı kluba vermişdim. Hər şeyi düzgün etdiyimi bilirdim. Bu fasilə mənə lazım idi. Altı ay… Azərbaycana həmin Musayevlə, o emosiyalarla, “Krasnodar”da işləməyə başladığım enerji ilə gəlmişəm. Həm də daha çox təcrübə ilə.

Musayev eyni zamanda özü ilə bağlı iddialı açıqlama da verib. O, bildirib ki, istənilən komandanı dəyişdirmək gücündədir:

“İndi mənim çox gücüm və inamım var. Başa düşürəm ki, istənilən komandanı dəyişə, qarşıma istənilən məqsəd qoya bilərəm. Buna nail olacağımı dərk edirəm”.

Aut.az

Exit mobile version