AUT.AZ

Murad Musayev bu FOTOLARI görsə, o bazaya qayıtmaq istəyər?

İnternetdə Rusiya “Krasnodar”ının yeni tikilən bazasının fotları yayılıb.

Aut.az xəbər verir ki, baza olduqca möhtəşəm arxitekturaya sahibdir, sanki yaxtanı xatırladır.

Adıgey vilayətinin Çetuk qəsəbəsində salınan bu bazada krasnodarlılar oyunlara hazırlaşacaq və istirahət edəcəklər. Layihəni kluba yaxşı tanış olan RYMAR.studio memarlıq bürosu hazırlayıb. Bazada beş tam ölçülü təbii ot meydançası, bir kiçik meydança, işıqları olan bir süni örtüklü meydança, basketbol və qum oyun sahələri var. Dutbolçular və məşqçilər “müasir Avropa otelləri” ilə müqayisə edilən iki kottecdə (cəmi 80 nəfərlik) yaşayırlar. “Sabah”ın baş məşqçisi Murad Musayev bu fotolara baxdıqdan sonra sabiq klubunun bazasına qayıtmaq istəyər? Belə bazada işləməyi kim istəməz ki?

 

Exit mobile version