AUT.AZ

Millimizin üzvü Rumıniyada “bürünc” qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.

Aut.az xəbər verir ki, Rubanın şərəfini qoruduğu “CSM Lugoj” üçüncülük uğrunda “CS Rapid Bucuresti” klubu ilə üz-üzə gəlib.

Cütün hər üç matçında (3:0; 3:2; 3:1) qalib gələn voleybolçumuzun komandası Rumıniya çempionatının bürünc medalına sahib çıxıb.

Exit mobile version