AUT.AZ

Millimiz Türkiyə yığmasına yenə məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib.

Bu komandalar arasında növbəti oyun sabah – mayın 5-də keçiriləcək.

Xatırladaq ki, ötən gün baş tutan ilk oyunda da meydan sahibləri 4:3 hesabıyla qalib gəlmişdilər.

Exit mobile version